Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Paytaxt ərazisində ictimai nəqliyyatda, insanların sıx olduğu yerlərdə cibgirlikdə məşğul olan şəxslər yaxalanıblar

06.04.2018

Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində paytaxt ərazisində ictimai nəqliyyatda, insanların sıx olduğu yerlərdə cibgirlikdə məşğul olan,  vətəndaşların pulunu, mobil telefonunu, onlara məxsus əşyaları oğurlamaqda şübhəli bilinən şəxslər yaxalanıblar.

Belə ki, Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsi   əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində xətt avtobuslarında ayrı-ayrı vaxtlarda Baki şəhər sakini olan 4 nəfərin ciblərindən pul, sənəd və mobil telefon oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini Nadir Mirzəyev saxlanılıb.  

Metropolitendə Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə metronun “Nizami” stansiyasının platformasında Şəmkir rayon sakini T.Hüseynovanın cibindən mobil telefon oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Xalid Şəmsiyev saxlanılıb.

Faktlarla bağlı araşdırmalar aparılır.

06.04.2018 tarixinə olan kriminal məlumatlar