Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Hacıqabul rayon sakini Z.Əhmədovanın evinin həyətindən oğurluq etməkdə şübhəli bilinən V.Zeynalov saxlanılıb

06.04.2018

Hacıqabul Rayon Polis Şöbəsinə müraciət edən Nəvahı qəsəbə sakini Z.Əhmədova mart ayının 25-dən aprelin 5-dək olan müddətdə evinin həyətindən qaynaq aparatı, 90 metr elektrik kabeli və inşaat materiallarının oğurlandığını bildirib.

Dərhal başlanan əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən şəxs qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla onun  qəsəbə sakini, əvvəllər məhkum olunmuş Vüqar Zeynalov olduğu müəyyən edilib.

V.Zeynalovun evində keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı oradan “Naqan” markalı tapança da aşkar edilərək götürülüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.

06.04.2018 tarixinə olan kriminal məlumatlar