Hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən Şəmkir rayon sakini Anar Cabbarlı saxlanılaraq istintaqa təhvil verilib
27.03.2018Şəmkir Rayon Polis Şöbəsinə müraciət edən şəhər sakini E.Cabbarlı naməlum şəxsin barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyərək ondan 500 manat pul tələb etdiyini bildirib.
Faktla bağlı Şəmkir RPŞ-də cinayət işi başlanılıb.
Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən rayon sakini Anar Cabbarlı saxlanılaraq istintaqa təhvil verilib.Araşdırma aparılır.