Ağdam rayonunun Eyvazlı kəndində yol-nəqliyyat hadisəsi
27.03.2018Martın 27-də saat 20 radələrində Ağdam rayonunun Eyvazlı kəndində Xındırıstan qəsəbə sakini Ramil Mirzəyev idarə etdiyi “VAZ-21154” markalı avtomobili qarşıda gedən Quzanlı qəsəbə sakini Ceyhun Məhərrəmovun idarə etdiyi “VAZ-2107” markalı avtomobilə vurmuşdur. Nəticədə R.Mirzəyev hadisə yerində ölmüş, 1 sərnişini xəstəxanaya yerləşdirilmişdir.
Ağdam RPŞ tərəfindən araşdırma aparılır.