Yasamal rayonu ərazisində 5 avtomobildən pul, akkumulyator, geyim və məişət əşyaları, habelə M.Mustafayevanın pulqabısını oğurlamaqda şübhəli bilinən İ.Əlixanov saxlanılmışdır
27.03.2018Yasamal RPİ 28-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 21-dən martın 11-dək olan müddətdə rayon ərazisində 5 avtomobildən pul, akkumulyator, geyim və məişət əşyaları, habelə M.Mustafayevanın içərisində 113 manat və sənəd olan pulqabısını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş İlham Əlixanov saxlanılmışdır.