Anbardan oğurluq edən şəxs saxlanılıb
25.03.2018Martın 24-də Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinə rayon ərazisindəki anbarlardan birindən oğurluq edilməsi barədə müraciət daxil olub.
Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla martın 18-dən 24-dək olan müddətdə Babək prospektində yerləşən anbardan 6746 manat dəyərində təmir-tikinti alətlərinin oğurlandığı məlum olub.
Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən şəxs qısa zamanda müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.Araşdırmalarla onun Bakı şəhər sakini Namiq Xudaverdiyev olduğu müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanılıb.