Paytaxtın Nizami rayonu ərazisindən “Hyundai” markalı avtomobili qaçırmaqda şübhəli bilinən R.Əliyev saxlanılmışdır
25.03.2018Martın 22-nə keçən gecə paytaxtın Nizami rayonu ərazisindən Bakı şəhər sakini İlham Məmmədova məxsus “Hyundai” markalı avtomobil qaçırılmışdır.
DİN-in Təhlükəsiz Şəhər Xidməti, Bakı ŞBPİ DYPİ, Nərimanov RPİ 17-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobili qaçırmaqda şübhəli bilinən paytaxt sakini Rəfail Əliyev martın 25-də Ak.H.Əliyev küçəsində avtomobillə birgə saxlanılmışdır.