Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Ayaqqabı sexindən oğurluq edənlər saxlanılıb

25.03.2018

DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə Mingəçevir şəhərindəki ayaqqabı sexlərinin birindən oğurluq edilməsi barədə məlumat daxil olub.

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla ayaqqabı təmiri-tikiş sexindən 3100 manat dəyərində ayaqqabı qəliblərinin oğurlandığı məlum olub.    

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən şəhər sakinləri Teymur Mustafayev, Tural Nabudov, Firdovsi Mustafayev və onun qardaşı Vüqar polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıblar.

Faktla əlaqədar cinayət işi başlanılıb.