Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Sumqayıt şəhəri ərazisindəki uşaq bağçalarının birindən oğurluq törətməkdə şübhəli bilinən şəxs qısa zamanda müəyyən edilərək saxlanılmışdır

09.03.2018

Martın 9-na keçən gecə Sumqayıt şəhəri 34-cü məhəllənin ərazisindəki uşaq bağçalarının birindən oğurluq edilməsi barədə DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə məlumat daxil olub.

Dərhal hadisə yerinə gələn Sumqayıt ŞPİ 4-cü Polis Bölməsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb. Araşdırmalarla bağçadan 2 ədəd televizor, noutbuk, tozsoran və DVD oğurlandığı məlum olub.

“İsti izlər”lə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxs qısa zamanda müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun şəhər sakini, əvvəllər məhkum olunmuş Nicat Məhərrəmov olduğu müəyyən edilib. Şəxsi axtarış zamanı ondan narkotik vasitə olan heroin də aşkar edilib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

09.03.2018 tarixinə olan kriminal məlumatlar