Quldurluq etdiklərinə görə tutulmuş E.Axundovun və R.Ağayevin Ceyranbatan qəsəbəsində yaşayan V.Həşimovaya qarşı quldurluğa cəhd göstərmələri, habelə 2 evdən oğurluq törətmələri də müəyyən edilmişdir
09.03.2018Baş Cinayət Axtarışı İdarəsi və Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə martın 7-də quldurluq etdiklərinə görə tutulmuş Elnur Axundovun və Rafiq Ağayevin ətrafında aparılan tədbirlərlə onların martın 2-də Ceyranbatan qəsəbəsində yaşayan Vüsalə Həşimovaya qarşı quldurluğa cəhd göstərmələri, habelə ötən il dekabrından cari ilin yanvar ayınadək olan müddətdə 2 evdən pul, qızıl və məişət əşyaları oğurlamaları da müəyyən edilmişdir.
Araşdırmalar aparılır.