Daşkəsən rayonu ərazisindəki mağazaların birindən oğurluq törətməkdə şübhəli bilinən şəxslər saxlanılmışlar
09.03.2018Daşkəsən RPŞ-nin əməkdaşları tərəfindən fevralın 9-da rayon ərazisindəki mağazaların birindən tütün məmulatı, danışıq kartları və ərzaq məhsulları oğurlamaqda şübhəli bilinən Qazaxyolçular kənd sakinləri, əvvəllər məhkum olunmuşlar Amid Bağırov və Samir Namazov saxlanılmışlar. Ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların daha bir mağazadan 130 manat pul, tütün məmulatı, ərzaq məhsulları və məişət əşyaları oğurlamaları da müəyyən edilmişdir.