Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Quldurluqda şübhəli bilinən Ceyranbatan qəsəbə sakinləri Elnur Axundov və Rafiq Ağayev saxlanılmışlar

07.03.2018

Fevralın 7-də saat 1 radələrində Abşeron rayonunun Ceyranbatan qəsəbəsində yaşayan K.Sahibovanın evinə pəncərədən girmiş naməlum şəxs onun əllərini iplə bağlayaraq bıçaqla hədələyib oradan 50 manat pul və 300 manat dəyərində qızıl əşyalar aparmışdır.

Faktla əlaqədar cinayət işi başlanmışdır.

Baş Cinayət Axtarışı İdarəsi və Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Ceyranbatan qəsəbə sakinləri, əvvəllər məhkum olunmuş Elnur Axundov və Rafiq Ağayev saxlanılmışlar.