Qazax rayonunun İkinci Şıxlı kəndində yol-nəqliyyat hadisəsi
07.03.2018Martın 7-də saat 1 radələrində Qazax rayonunun İkinci Şıxlı kəndində rayon sakini Bilal Mustafayev idarə etdiyi “QAZ-31029” markalı avtomobillə yolu keçən kənd sakini Əmir Musayevi vurmuş və nəticədə piyada hadisə yerində ölmüşdür.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.