Gəncə şəhər sakini Arzu Süleymanovdan qaz tapançası, 1,035 kq tiryək, 5,41 qram heroin, 1 ədəd bıçaq və 1 ədəd beşbarmaq götürülmüşdür
07.03.2018Gəncə ŞBPİ və Kəpəz RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Arzu Süleymanovdan 5,41 qram heroin, 1 ədəd bıçaq və 1 ədəd beşbarmaq götürülmüşdür.
Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə A.Süleymanovun yaşadığı evdən isə nömrəsi silinmiş qaz tapançası və 1 kiloqram 35 qram tiryək aşkar edilərək götürülmüşdür.