Gün ərzində 83 cinayət faktı qeydə alınmışdır
05.03.2018Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 83 cinayət faktı qeydə alınmış, onların da 17-si “isti izlər”lə açılmışdır.
- Əvvəlki dövrlərdən bağlı qalmış 10 cinayətin açılması təmin olunmuşdur.
- Axtarışda olduğuna görə 28 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilmişdir.
- Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 1 nəfər ölmüş, 7 nəfər xəsarət almışdır.
- Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8 fakt müəyyən edilmişdir.
- Cinayət törətməkdə şübhəli bilinən 31 nəfər saxlanılmışdır.