Yevlax şəhəri ərazisindəki körpüdən özünü Kür çayına atmış qadın polis əməkdaşları tərəfindən xilas edilmişdir
05.03.2018Martın 5-də saat 6 radələrində Yevlax şəhəri ərazisindəki körpüdən bir qadın özünü Kür çayına atmışdır.
Dərhal qadın həmin ərazidə xidmət aparan Yevlax Rayon Mühafizə Şöbəsinin əməkdaşları tərəfindən xilas edilmiş və RPŞ-yə təhvil verilmişdir.
Araşdırma aparılır.