Qax rayonunun Böyük Alatəmir kəndində yol-nəqliyyat hadisəsi
05.03.2018Martın 5-də saat 20 radələrində Qax rayonunun Böyük Alatəmir kəndində rayon sakinləri Akaki Emraşvilinin idarə etdiyi “VAZ-21011” və Caba Andriaşvilinin idarə etdiyi “Volkswagen” markalı avtomobillər toqquşmuşdur. Nəticədə A.Emraşvili hadisə yerində ölmüş, 2 sərnişini, habelə C.Andriaşvili və 3 sərnişini xəstəxanaya yerləşdirilmişdir.
Qax RPŞ tərəfindən araşdırma aparılır.