Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Salyan şəhər sakini Orxan Bağırov saxlanılmışdır

02.03.2018

Martın 1-də saat 17 radələrində Ələt-Astara yolunun 16-cı kilometrliyində naməlum sürücü idarə etdiyi “Mercedes” markalı avtomobillə yol hərəkəti qaydalarını kobud şəkildə pozduğu üçün həmin ərazidə xidmət aparan yol polisi əməkdaşı tərəfindən saxlanılmış, bu zaman sürücü onu təhqir edərək hadisə yerini tərk etmişdir.

Dərhal həmin avtomobilin saxlanılması üçün müvafiq tədbirlər görülmüş, həmin ərazidəki BDYPİ-nin stasionar postunda həmin avtomobilə “saxla” işarəsi verilmiş, lakin sürücü polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq oradan uzaqlaşmışdır.  Martın 2-də saat 15 radələrində Ələt-Astara yolunun 38-ci kilometrliyində naməlum sürücü idarə etdiyi “Mitsubishi L 300” markalı avtomobili qəsdən yol polisi əməkdaşının xidməti “KİA” markalı avtomobilinə vurmuş, habelə odlu silahla polis əməkdaşını hədələyərək ondan yaxınlaşmamağı tələb etmiş, bir qədər sonra öz maşınını “BMW” markalı avtomobildə xidmət aparan polis əməkdaşlarının yanında saxlayaraq onları da təhqir etmiş, odlu silahdan “BMW”-yə tərəf 1 dəfə atəş açıb hərəkətini davam etdirmişdir.

Salyan RPŞ əməkdaşları tərəfindən görülmüş əməliyyat tədbirləri nəticəsində avtomobil şəhər ərazisində saxlanılarkən sürücü, idarə etdiyi avtomobildən polis əməkdaşlarının olduğu avtomobilə bir neçə dəfə atəş açmış, avtomobillə yol polisi əməkdaşını qolundan vurmuşdur.

Polis əməkdaşları tərəfindən görülmüş tədbirlərlə həmin şəxs saxlanılmışdır. Araşdırmalarla onun Salyan şəhər sakini, əvvəllər məhkum olunmuş Orxan Bağırov olması müəyyən edilmişdir. Həmçinin martın 1-də “Mercedes” markalı avtomobillə qeyd edilən hərəkətlərin də onun tərəfindən törədilməsi məlum olmuşdur.

O.Bağırovdan müvafiq sənədləri olmayan “İJ-58” markalı ov tüfəngi və 16 ədəd patron götürülmüşdür. 
Faktla əlaqədar rayon prokurorluğu tərəfindən cinayət işi başlanmışdır. 

02.03.2018 tarixinə olan kriminal məlumatlar