Şirvan şəhər sakini Mehman Kamalbəkovun yaşadığı evdən odlu silah və vasitələri aşkar edilərək götürülmüşdür
02.03.2018Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Şirvan ŞPŞ əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şirvan şəhər sakini, əvvəllər məhkum olunmuş Mehman Kamalbəkovun yaşadığı evdən 1 ədəd “ТОZ-8” markalı, 1 ədəd kustar üsulla hazırlanmış lüləsi kəsilmiş tüfənglər, 1 ədəd “Revolver” markalı tapança və 13 ədəd patron aşkar edilərək götürülmüşdür.