Qaradağ rayonunun Ələt qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi
02.03.2018Martın 2-də saat 15 radələrində Qaradağ rayonunun Ələt qəsəbəsi ərazisində Beyləqan rayon sakini Süleyman Muradov idarə etdiyi “KamAZ” markalı avtomobillə yolu keçən Gürcüstan vətəndaşı Daviti Chubinidzeni vurmuşdur. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölmüşdür.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.