DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Gün ərzində 17 cinayət faktı qeydə alınmışdır

04.11.2007

- Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 17 cinayət faktı qeydə alınmışdır ki, onların da 15-i "isti izlər"lə açılmışdır. - Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 6 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir. - Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş vermişdir ki, nəticədə 15 nəfər ölmüş, 6 nəfər isə yaralanmışdır. - 2 yanğın hadisəsi qeydə alınmışdır ki, nəticədə 1 nəfər yaralanmışdır. - Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 10, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilmişdir. - Cinayət törətdiklərinə görə 22 nəfər tutulmuşdur.