DIO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüşdür
04.11.2007Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşları Lənkəran şəhər sakini, əvvəllər məhkum olunmuş Ceyhun Ağayevdən 0,175 qram heroin, Nəsimi RPİ 21-ci PB əməkdaşları Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Tofiq Qulammirzəyevdən 0,217 qram heroin, Yasamal RPİ əməkdaşları Bakı şəhər sakini Rəna Əsgərovadan 0,418 qram heroin, Lənkəran ŞRPŞ əməkdaşları şəhər sakinləri Loğman Əliyevdən 0,345 qram heroin, Hakim Quliyevdən 0,548 qram heroin götürmüşlər. Sumqayıt ŞPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakini Mahir Ağayevdən 0,321 qram heroin götürülmüşdür. Narkotik vasitəni ona satmış həmyerlisi Namiq Ağayev tutulmuşdur.