Şübhəli şəxs qismində saxlanılmış şəxslərdən narkotik vasitə götürülmüş və "Şərur" kafesindən oöurluq etmələri müəyən edilmişdir
04.11.2007Noyabrın 3-də Gəncə şəhər sakinləri Murad Əzizov, Aslan Bayramov, Eldəniz Quliyev və Keşlə qəsəbə sakini İlqar Sadıqov şübhəli şəxs qismində Xətai RPİ-nin 37-ci PB-nə gətirilmişlər. M.Əzizovdan 0,215 qram, A.Bayramovdan isə 0,224 qram heroin aşkar edilərək götürülmüşdür. Ətraflarında keçirilmiş əməliyyat tədbirləri nəticəsində onların oktyabrın 30-da NZS qəsəbəsində Sərxan İsmayılova məxsus "Şərur" kafesindən 1 ədəd samovar və 150 manat pul oğurlamaları müəyyən edilmişdir.