Böyük Britaniya vətəndaşı Ceyms Bornora bıçaqla xəsarət yetirmiş Qaraçuxur qəsəbə sakinləri Müşfiq Osmanov və Yelena Bünyatova tutulmuşlar
04.11.2007Noyabrın 2-nə keçən gecə Suraxanı rayonu Qaraçuxur qəsəbəsində "Mercedes" markalı avtomaşının sürücüsü münaqişə zəminində sərnişini, Böyük Britaniya vətəndaşı Ceyms Bornora bud nahiyəsindən bıçaqla xəsarət yetirmişdir. Suraxanı RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ceyms Bornora bıçaqla xəsarət yetirmiş Qaraçuxur qəsəbə sakinləri Müşfiq Osmanov və Yelena Bünyatova tutulmuşlar.