DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Qaradağ rayonunun Qobustan qəsəbəsində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı 11 nəfər ölmüşdür

04.11.2007

Saat 23.30 radələrində Qaradağ rayonunun Qobustan qəsəbəsində Ələt qəsəbə sakini Atakişi Babayev "Mercedes" markalı mikroavtobusu idarə edərkən onu qarşıda gedən İmişli rayon sakini Xalıq Alışovun idarə etdiyi "Kamaz" markalı avtomaşına vurmuşdur. Nəticədə A.Babayev və sərnişinlərindən 11 nəfər Ələt qəsəbə sakini hadisə yerində ölmüş, xəsarət almış Pərvin Niyazova, Niyaz Niyazov, Qorxmaz Qurbanov, Xəlil Məmmədrzayev və Xalid Kərimli isə xəstəxanaya yerləşdirilmişlər. X.Kərimli orada ölmüşdür. Qaradağ RPİ tərəfindən araşdırmalar aparılır.