Oğurluğa cəhd göstərməkdə şübhəli bilinən Bakı şəhər sakini Nizami Məmmədov saxlanılmışdır
19.02.2018Suraxanı RPİ 33-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il dekabrın 18-dən cari il yanvarın 13-dək olan müddətdə rayon ərazisindəki şərab evlərinin birindən spirtli içki, 2 evdən məişət əşyaları, təmir-tikinti alətləri və elektrik naqili oğurlamaqda, habelə 1 köşkdən və daha 1 evdən oğurluğa cəhd göstərməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Nizami Məmmədov saxlanılmışdır.