Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Abşeron rayonunun Saray qəsəbəsində ümumi sahəsi 70 kvm. olan çörəkbişirmə sexində yanğına keçən partlayış baş vermişdir

19.02.2018

Fevralın 19-da saat 9 radələrində Abşeron rayonunun Saray qəsəbəsində qəsəbə sakini Rasim Ağaliyevə məxsus ümumi sahəsi 70 kvm. olan çörəkbişirmə sexində təbii qazın sızmasından yanğına keçən partlayış baş vermişdir. Nəticədə qapı və pəncərə çərçivələri, habelə tavan və dam örtüyünün bir hissəsi dağılmış, eləcə də 50 kvm. sahədə yanar konstruksiyalar və oradakı əşyalar yanmışdır. Orada işləyən qəsəbə sakinləri Natiq Əmrahov, arvadı Elmira və qohumu Qızılgül Əmrahova yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilmişlər.

Araşdırma aparılır.

19.02.2018 tarixinə olan kriminal məlumatlar