Abşeron rayon sakini M.Səfərova məxsus 3 otaqlı evdə yanğın baş vermişdir
19.02.2018Fevralın 19-da saat 1 radələrində Abşeron rayonunun Məmmədli kəndində rayon sakini Möhübbət Səfərova məxsus 3 otaqlı evdə yanğın baş vermişdir. Nəticədə 25 kvm. sahədə yanar konstruksiyalar və mənzildəki əşyalar yanmışdır. Yanğın söndürüldükdən sonra orada yaşayan M.Səfərovun qohumu Əlövsət Əlövsətovun yanmış meyiti tapılmışdır.