Beyləqan rayonu ərazisində “Mercedes” markalı avtomobillə rayon sakini B.Əhmədov vurulmuşdur
19.02.2018Fevralın 19-da saat 19 radələrində Beyləqan rayonunun Türklər kəndində rayon sakini Hüseyn Məmmədov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Qaralar kənd sakini Bəhlul Əhmədovu vurmuş və nəticədə piyada hadisə yerində ölmüşdür.
Beyləqan RPŞ tərəfindən araşdırma aparılır.