Gün ərzində 89 cinayət faktı qeydə alınmışdır
18.02.2018Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 89 cinayət faktı qeydə alınmış, onların da 18-i “isti izlər”lə açılmışdır.
- Axtarışda olduğuna görə 3 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilmişdir.
- Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 4 nəfər ölmüş, 5 nəfər xəsarət almışdır.
- Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilmişdir.
- Cinayət törətməkdə şübhəli bilinən 23 nəfər saxlanılmışdır.