Xaçmaz rayonunun Ağyazı-Buduq kəndində yol-nəqliyyat hadisəsi
18.02.2018Fevralın 18-də saat 20 radələrində Xaçmaz rayonunun Ağyazı-Buduq kəndində Ağdam rayon sakini Zahir Məmmədovun idarə etdiyi “KamAZ” və Quba rayon sakini Elçin Əliyevin idarə etdiyi “VAZ-2106” markalı avtomobillər toqquşmuşdur. Nəticədə E.Əliyev və sərnişinləri Zülfüqar Şahbazov, Rəşid Qasımov, Cavid Əlicabbarov və İftixar Hacıyev xəstəxanaya yerləşdirilmiş, E.Əliyev, Z.Şahbazov və R.Qasımov orada ölmüş, digərlərinin vəziyyəti orta-ağırdır.
Xaçmaz RPŞ tərəfindən araşdırma aparılır.