Salyan rayonunun Yenikənd kəndində yol-nəqliyyat hadisəsi
18.02.2018Fevralın 18-də saat 6 radələrində Salyan rayonunun Yenikənd kəndində Masallı rayon sakini Şəmsəddin Babayevin idarə etdiyi “Mercedes Sprinter” markalı mikroavtobusla Biləsuvar rayon sakini Natiq Əliyevin idarə etdiyi “Nissan” markalı yük avtomobili toqquşmuşdur. Nəticədə Ş.Babayevin sərnişinlərindən Şəbnəm Musayeva və Asif Qardaşov hadisə yerində ölmüşlər.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.