7 avtomobildən oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Əliağa Vahabov saxlanılmışdır
14.02.2018Suraxanı RPİ 31-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ötən ilin dekabr ayından cari ilin yanvar ayınadək olan müddətdə rayon ərazisində 7 avtomobildən akkumulyator, maqnitofon, səsgücləndiricilər və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Əliağa Vahabov saxlanılmışdır.