Qaradağ rayonunun Qızıldaş qəsəbəsində yol-nəqliyyat hadisəsi
14.02.2018Fevralın 14-də saat 20 radələrində Qaradağ rayonunun Qızıldaş qəsəbəsində Astara rayon sakini Turan Qənbərovun idarə etdiyi “KamAZ” və Bakı şəhər sakini Sarvan İsrafilovun idarə etdiyi “VAZ-21061” markalı avtomobillər toqquşmuşdur. Nəticədə S.İsrafilov və sərnişini, Qızıldaş qəsəbə sakini Oleq Əliyev hadisə yerində ölmüşdür.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.