Balakən rayonunun Qaysa kənd sakini Nurullah Çirinqova məxsus həyətyanı sahədən kəsilmiş 1 at başı, dərisi, ayaqları və 95 kq at əti aşkar edilərək götürülmüşdür
14.02.2018Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan Karantin tədbirlərini təmin edən Əlahiddə Polis Taboru və Balakən rayon Baytarlıq İdarəsi əməkdaşlarının fevralın 14-də keçirdikləri birgə tədbirlər nəticəsində Qaysa kənd sakini Nurullah Çirinqova məxsus həyətyanı sahədən kəsilmiş 1 at başı, dərisi, ayaqları və 95 kiloqram at əti aşkar edilərək götürülmüş və nümunələr Respublika Baytarlıq Laboratoriyasına göndərilmişdir.