Gün ərzində 114 cinayət faktı qeydə alınmışdır
12.02.2018Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 114 cinayət faktı qeydə alınmış, onların da 20-si “isti izlər”lə açılmışdır.
- Axtarışda olduğuna görə 29 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilmişdir.
- Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 3 nəfər ölmüşdür.
- Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8 fakt müəyyən edilmişdir.
- Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılmışdır.