Oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri Sevda Şəfiyeva və Vüqar Əliyev saxlanılmışlar
12.02.2018Xətai RPİ 37-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 10-da rayon ərazisindəki evlərin birindən 9700 manat və 10.000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Sevda Şəfiyeva və əvvəllər məhkum olunmuş Vüqar Əliyev saxlanılmışlar.