Oğurluqda şübhəli bilinən H.Z.Tağıyev qəsəbə sakini Suliddin Həsənov saxlanılmışdır
12.02.2018Sumqayıt ŞPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 24-də şəhər ərazisində telekommunikasiya qovşağına məxsus 5 metr rabitə kabelini oğurlamaqda şübhəli bilinən H.Z.Tağıyev qəsəbə sakini Suliddin Həsənov saxlanılmışdır.
Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun ötən il dekabrın 7-dən 28-dək olan müddətdə şəhər ərazisindəki köşklərin birindən kondisioner və sərinləşdirici içki, 2 həyətyanı sahədən 2 ev quşu və 20 metr plastik boru, 1 qadının çandasından pul və 2 bankomat kartı olan pulqbısını oğurlaması, habelə 1 nəfərə qarşı dələduzluq etməsi də müəyyən edilmişdir.