Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Bakı şəhər sakini Elçin Dadaşovun 25 nəfəri aldadaraq dələduzluq yolu ilə onlardan ümumilikdə 4420 manat alması müəyyən edilib

08.02.2018

Şəki Şəhər Rayon Polis Şöbəsinə müraciət edən Baş Göynük kənd sakini G.Əlifova ötən ilin yanvar ayında Elçin adlı şəxsin onu aldadaraq 2230 manatını aldığını bildirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxsin Bakı şəhər sakini Elçin Dadaşov olması müəyyən edilib. Görülmüş tədbirlərlə o, dələduzluq etməkdə şübhəli bilinərək saxlanılıb.

Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun 2017-ci il ərzində Şəki rayon sakini olan 25 nəfəri də aldadaraq dələduzluq yolu ilə onlardan ümumilikdə 4420 manat alması müəyyən edilib.
Şəki ŞRPŞ-də araşdırma aparılır.