Ooğurluqda şübhəli bilinən Loğman Mirzəzadə saxlanılmışdır
08.02.2018Sumqayıt ŞPİ 3-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Bəhruz Mirzəyevin 2 ədəd mobil telefonunu oğurlamaqda şübhəli bilinən qardaşı oğlu, əvvəllər məhkum olunmuş Loğman Mirzəzadə saxlanılmışdır.
Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun ötən il dekabrın 7-dən cari il yanvarın 12-dək olan müddətdə şəhər ərazisində 1 avtomobildən mobil telefon, 1 qadının çantasından pul və sənəd oğurlaması, habelə 1 nəfərə qarşı dələduzluq etməsi də müəyyən edilmişdir.