Oğurluq etdiklərinə görə tutulmuş Mirzağa Cəlilovun, İsmayıl Həsənovun və Saleh Osmanovun törətdiyi digər cinayət əməlləri də müəyyən edilib
08.02.2018Oğurluq etdiklərinə görə tutulmuş Mirzağa Cəlilovun, İsmayıl Həsənovun və Saleh Osmanovun ətrafında Qusar RPŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onların ötən il dekabrın 2-dən fevralın 5-dək olan müddətdə rayon ərazisindəki 5 mağazadan pul, tütün məmulatı, ərzaq məhsulları, spirtli içki və məişət əşyaları oğurlamaları da müəyyən edilmişdir.