Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yol-nəqliyyat hadisəsi
03.02.2018Fevralın 3-də saat 1 radələrində Sabunçu rayonunun Bakıxanov qəsəbəsində Bakı şəhər sakini Zaur Alimli idarə etdiyi “KİA” markalı avtomobillə yolu keçən Laçın rayon sakini Babək Dadaşovu vurmuşdur. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölmüşdür.
Sabunçu RPİ tərəfindən araşdırma aparılır.