Suraxanı rayonunun Hövsan qəsəbəsində yol-nəqliyyat hadisəsi
03.02.2018Fevralın 3-də saat 8 radələrində Suraxanı rayonunun Hövsan qəsəbəsində Bakı şəhər sakini Fəxri Qasımov idarə etdiyi “Mercedes” markalı avtomobili maneəyə vurmuşdur. Nəticədə onun sərnişinlərindən - Türkiyə vətəndaşı Murat Yıldırım hadisə yerində ölmüş, digər sərnişinləri - paytaxt sakinləri olan 3 nəfər isə xəstəxanaya yerləşdirilmişlər.
Suraxanı RPİ tərəfindən araşdırma aparılır.