Nizami rayonunun Q.Qarayev prospektində yol-nəqliyyat hadisəsi
03.02.2018Fevralın 3-də saat 18 radələrində Nizami rayonunun Q.Qarayev prospektində Bakı şəhər sakini Fikrət Piriyev idarə etdiyi “Fiat” markalı avtomobillə yolu keçən paytaxt sakini Günel İbrahimovanı vurmuşdur. Nəticədə piyada xəstəxanaya aparılarkən yolda ölmüşdür.
Nizami RPİ tərəfindən araşdırma aparılır.