Goranboy rayon sakini Zülfi Cəbrayılov aldığı xəsarətlərdən yerləşdirildiyi xəstəxanada ölmüşdür
04.01.2018Yanvarın 4-də Goranboy rayonunun Dəliməmmədli şəhərindən rayon sakinləri Zülfi Cəbrayılov, Zeynalabdin Həsənov, Fəxrəddin Məmmədov, Anar Hətami və Nicat Əliyev kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya gətirilmiş, Z.Cəbrayılov orada ölmüşdür.
Goranboy RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Hacıqabul rayon sakinləri Ülvi Hasilov, Samir Rəsulov, Ağdaş rayon sakini Ürfət Abdullayev və Yevlax rayon sakini Elməddin Sultanov saxlanılmışlar.
Faktla bağlı cinayət işi başlanılıb. Araşdırma aparılır.