Mingəçevir şəhərinin H.Əliyev prospektində yol-nəqliyyat hadisəsi
04.01.2018Yanvarın 4-də saat 17 radələrində Mingəçevir şəhərinin H.Əliyev prospektində rayon sakini Rəşad Məmmədov idarə etdiyi “Nissan” markalı avtomobillə yolu keçən həmyerlisi Sərvan Musazadəni vurmuş və nəticədə piyada hadisə yerində ölmüşdür.
Mingəçevir ŞPŞ tərəfindən araşdırma aparılır.