Qobustan rayonunun Qaracüzlu kəndində fermadakı 2 otaqlı evdə yanğın baş vermişdir
04.01.2018Yanvarın 4-də saat 13 radələrində Qobustan rayonunun Qaracüzlu kəndində fermadakı 2 otaqlı evdə yanğın baş vermişdir. Nəticədə yanar konstruksiyalar və oradakı əşyalar yanmış, yanğın söndürüldükdən sonra orada yaşayan Kürdəmir rayon sakini Zəkəriyyə Babaşovun oğlu - 4 yaşlı Vidadinin və qızı, 1 yaşlı Zəhranın yanmış meyitləri tapılmışdır.