Gün ərzində 100 cinayət faktı qeydə alınıb
18.12.2017Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 100 cinayət faktı qeydə alınıb, onların da 13-ü “isti izlər”lə açılıb.
- Axtarışda olduğuna görə 28 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.
- Respublikanın avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 4 nəfər ölüb, 4 nəfər xəsarət alıb.
- Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 5 fakt müəyyən edilib.
- Cinayət törətməkdə şübhəli bilinən 19 nəfər saxlanılıb.