Beyləqan rayon sakini X.Abdullayevə məxsus həyətyanı sahədən 2 baş inək oğurlamaqda şübhəli bilinən şəxslər tutulmuşlar
18.12.2017Beyləqan RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 2-də Xanhüseyn Abdullayevə məxsus həyətyanı sahədən 2 baş inək oğurlamaqda şübhəli bilinən Günəşli qəsəbə sakini Səbuhi Hüseynli və Cəbrayıl rayon sakini Xəyyam Zeynalov tutulmuşlar.
X.Zeynalovun ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun mayın 22-də Günəşli qəsəbə sakini Faiq Həşimovla birgə Müsahib Mustafayevə məxsus həyətyanı sahədən 1 baş inək oğurlamaları da müəyyən edilmişdir.