Sumqayıt şəhəri 17-ci mikrorayon ərazisində yol-nəqliyyat hadisəsi
18.12.2017Dekabrın 18-də saat 6:00 radələrində Sumqayıt şəhəri 17-ci mikrorayon ərazisində şəhər sakini Elnur Alızadə idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən həmyerlisi Solmaz Şirinovanı vurmuşdur. Xəstəxanaya yerləşdirilmiş piyada orada ölmüşdür.
Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.